Bu küçələrdə tıxac var - SİYAHI
25 Fevral 2025
23:35 - 24 Fevral 2025
Şaxtalı hava şəraitində Bakının bir çox ərazilərində suyun təzyiqinin azalması müşahidə olunur. Bu vəziyyət sakinlərin gündəlik həyatına təsir edir və su təchizatı ilə bağlı narahatlıqlar yaradır.
Bəs suyun təzyiqi nə vaxtdan bərpa ediləcək?
Manset.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təzyiq bəzi ərazilərdə aşağı düşə bilər, bu hal da suyun verilmə qaydalarının tənzimlənməsi ilə bağlıdır.
“Təzyiqin azalması və ya artması normativ tələblərə uyğun olaraq tənzimlənir. Bunun əsas səbəbi xəttə vurulan suyun təzyiqinin düzgün idarə olunmasının vacibliyidir. Elə hallar olur ki, təzyiqin aşağı salınması tələb olunur, bəzi hallarda isə təzyiq artırılmalıdır. Məsələn, şaxtalı havalarda su xətlərini don vurduqda təzyiqin qəfil artırılması xətlərin zədələnməsinə və qəza vəziyyətinin yaranmasına səbəb ola bilər. Hətta ətraf ərazilərin su basması ilə nəticələnə bilər. Buna görə də su təchizatı sistemində təzyiqin idarə olunması normativ tələblərə uyğun şəkildə həyata keçirilir", - deyə məlumatda qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin