“Zirə” ikinci pilləyə yüksəldi

22:15 - 24 Fevral 2025

“Zirə” ikinci pilləyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.

 

Manset.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Zirə” “Kəpəz”i qəbul edib. 

Bu görüş əslində ötən gün keçirilməli idi. Lakin Zirəyə yağmış güclü qar səbəbindən qarşılaşma təxirə salınmışdı. Bu gün baş tutmuş oyunda 3 xalı meydan sahibləri bayram ediblər - 2:0. Bu qələbədən sonra xallarını sayını 45-ə çatdıran bakılılar, ikinci pilləyə yüksəlib.

Turun əvvəlki oyunlarında “Neftçi” “Sumqayıt”a, “Turan Tovuz” isə “Şamaxı”ya 1:0 hesabıyla qalib gəlib, “Araz-Naxçıvan” – “Səbail” (0:0) və “Qarabağ” – “Sabah” (1:1) görüşləri sülhlə bitib.

Azərbaycan Premyer Liqası
24-cü tur
24 fevral

“Zirə” – “Kəpəz” 2:0
Qollar: Rafael Utziq, 62. Rüstəm Əhmədzadə, 90+2.
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu, 16:00.


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin