Həsən Kürü intihara vadar edən dəhşətli SƏBƏB

17:57 - 24 Fevral 2025

Həsən Kürü intihara vadar edən dəhşətli SƏBƏB

 

Xəbər verdiyimiz kimi, gənc şair Həsən Kür fevralın 22-də intihara cəhd edib. Onun “maddi çətinliyə görə” bu yola əl atdığı bildirilirdi.

 

Manset.az Kult.az-a istinadən xəbər verir ki, Həsən Kürün külli miqdarda qumar borcu olub. Həmin gün “Sevinc Moll” ticarət mərkəzində də borclu olduğu şəxs və ya şəxslərlə görüşə gedib.

İddia edilir ki, Həsən Kür intihara cəhd edən zaman qumarda borclandığı şəxs də yaxınlıqda olub.

Qeyd edək ki, Həsən Kür İkinci Qarabağ savaşının iştirakçısıdır, istedadlı şairdir.

TƏBİB-in yaydığı son məlumata görə, Həsən Kürün vəziyyəti ağırdır.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin