"Pakistanla bir-birimizə dəstəyi davam etdirəcəyik" - Prezident
24 Fevral 2025
15:04 - 24 Fevral 2025
Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.
Manset.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı
əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılmış, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilmiş, eləcə də digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.
***
13:59
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Məcidov Maqbet Xətai oğlunun ölümünə səbəb ildırım sürətli vaskulit ilkin diaqnozudur.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
***
M.Məcidov 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasını, 2024-cü ildə isə Mədəniyyət və İncəsənət Universitetini bitiribmiş.
O bu ilin yanvarında hərbi xidmətə yollanıbmış.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin