Sumqayıtda 46 yaşlı kişi baltalandı

10:09 - 24 Fevral 2025

Sumqayıtda 46 yaşlı kişi baltalandı

Sumqayıtda 46 yaşlı kişi baltalanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” bağları ərazisində qeydə alınıb.

1972-ci il təvəllüdlü Nağı Eyvaz oğlu Qasımov aralarında baş vermiş münaqişə zəminində 1979-cu il təvəllüdlü Ramin Bahadur oğlu Quliyevə balta ilə xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin