Hacıqabulda qəza - Xəsarət alan var

23:14 - 23 Fevral 2025

Hacıqabulda qəza - Xəsarət alan var

Hacıqabulda sürücünün ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində Ucar rayonunun Yuxarı Silyan kənd sakini, 1990-cı il təvəllüdlü Nuriyev Hilal Atamoğlan oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobil yolların buz bağlaması səbəbilə sürüşərək TIR-a çırpılıb.

Nəticədə birincinin sürücüsü ağır vəziyyətdə hər iki ayağının sınıq diaqnozu və travmatik şok vəziyyətində Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin