Şolts Fridrix Mertzə təbrik ünvanladı

22:55 - 23 Fevral 2025

Şolts Fridrix Mertzə təbrik ünvanladı

Almaniyanın hazırkı kansleri Olaf Şolts seçkidə məğlubiyyətini etiraf edib və rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb.

 

Manset.az Bild nəşrinə istinadən xəbər verir ki, o nəticələri hazırkı hakim partiya üçün faciə kimi dəyərləndirib.

Belə ki, Sosial Demokrat Paritiyası seçkidə son 135 ilin ən aşağı nəticəsini göstərərək cəmi 16 faiz səs qazana bilib.

"Yaşıllar" istisna olmaqla, digər partiyalar da qalib siyasi qüvvəni təbrik ediblər.

"Yaşıllar"ın lideri Fransiska Bratner F. Mertzi tənqid edərək "Bizə bölücü kansler lazım deyil. Bu cür gərgin geosiyasi vəziyyətdə bizim birləşdirici kanslerə ehtiyacımız var", - deyə bildirib.


Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin