Abşeronun bu kəndinin yollarına xüsusi texnikalar cəlb edildi - FOTO/VİDEO

22:00 - 23 Fevral 2025

Abşeronun bu kəndinin yollarına xüsusi texnikalar cəlb edildi - FOTO/VİDEO

Abşerona yağan qarın rayon təsərrüfatına təsirini minimuma endirmək məqsədilə kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. 

 

Bu barədə Manset.az-a Məmmədli kənd bələdiyyəsinin sədri Ceyhun Ələsgərov məlumat verib.

Onun sözlərinə görə, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyevin tapşırıqlarına uyğun olaraq , Məmmədli kəndinin əsas küçə və prospektlərində xüsusi texnikalar, eləcədə işçi qüvvəsi səfərbər olunaraq qarın təmizlənməsi, yolların buzlanmasının qarşısının alınması işləri aparılır.

Bu proses gecə və gündüz həyata keçirilir. Hazırda Məmmədli kəndinin küçələri qardan təmizlənib və avtomobillərin hərəkəti üçün heç bir problem yoxdur.

Xüsusilə vurğulayaq ki, Abşeron rayon icra hakimiyyəti sakinləri ehtiyatlı olmağa, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə və kommunal xidmətlərin işinə dəstək olmağa çağırır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)



Xəbər xətti

24 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin