Bakıda taksilərin qiyməti qalxdı

19:20 - 23 Fevral 2025

Bakıda taksilərin qiyməti qalxdı

Bakıda taksi ilə sərnişin daşıyan şirkətlər qiymətləri qaldırıblar.

 

Manset.az Teleqraf.az-a istinadən xəbər verir ki, adi günlərdə 5-7 manata gedilən məsafələrin gedişhaqqı hazırda 26-28 manat arasında dəyişir.

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 35-40 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 13-17 manat təşkil edirdi.

Bundan başqa, fevralın 23-də günün ikinci yarısından Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 15-20 dəqiqə gözləməli olurlar.

Taksi xidməti göstərən operatorlar isə qiymət artımının səbəbləri barədə açıqlama verməyiblər. Görünür bu, Bakıda hava şəraitinin qarlı və şaxtalı keçməsi ilə bağlıdır.


Xəbər xətti

23 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin