Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ
23 Fevral 2025
17:10 - 23 Fevral 2025
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlar aparmaq üçün yaxın vaxtlarda Türkiyəyə gedəcək.
Manset.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Beynəlxalq, regional və ikitərəfli gündəliyə dair geniş spektrli mövzular müzakirə olunacaq”, - diplomat bildirib.
Daha öncə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, idarənin rəhbəri Hakan Fidan Lavrovla danışıqlarda Ukrayna münaqişəsinin həllini müzakirə etməyi planlaşdırır. Nazirlərin görüşünün fevralın 24-də baş tutacağı gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin