Astarada qanunsuz odlu silahlar aşkarlandı

11:11 - 23 Fevral 2025

Astarada qanunsuz odlu silahlar aşkarlandı

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb. Həmin şəxs barəsində protokol tərtib edilib.

 


Xəbər xətti

23 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin