Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ
23 Fevral 2025
23:20 - 22 Fevral 2025
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Lada" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu həyatın itirib.
Maşında olan sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin