Kirayə qaldığı evdən 4 min oğurladı - Saxlanıldı

14:15 - 22 Fevral 2025

Kirayə qaldığı evdən 4 min oğurladı - Saxlanıldı

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 4000 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.

 

Manset.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmin evdə kirayəşin kimi yaşayan 33 yaşlı O.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, rayon ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.

Araşdırmalar aparılır.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin