Bu yolda sürət həddi ENDİRİLDİ
22 Fevral 2025
13:30 - 22 Fevral 2025
Azərbaycanda son illərdə boşanmaların sayında artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il ərzində ölkədə 21 384 boşanma qeydə alınıb. Bu, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Statistikaya nəzər salsaq, 2023-cü ildə 21 688, 2022-ci ildə 15 983, 2021-ci ildə 17 191, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb. Göründüyü kimi, son illərdə boşanma hallarında nəzərəçarpacaq artım müşahidə edilir.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ölkədə ən çox boşanma nisbəti Naftalana məxsusdur. Belə ki, bu rayonda hər 1000 nəfərə düşən boşanma nisbət 3.6-dır. Əhali sayına görə lider olan Bakı şəhərində isə hər 1000 nəfərə düşən boşanma sayının nisbəti 3.1-dir.
Qeyd edək ki, ölkə üzrə boşanma nisbəti 2023-cü ildə 2.1 olub. Yəni yuxarıda qeyd edilən ərazilərdə boşanma nisbəti ölkə üzrə orta göstəricidən yuxarıdır.
Boşanma nisbəti Qarabağ zonasında da böyükdür. Şuşada boşanma nisbəti əhalinin hər 1000 nəfərinə 3.2-dir. Xocavənddə bu göstərici 3.0, Xocalı, Zəngilan, Qubadlıda bu nisbət 2.8, Kəlbəcərdə 2.4, Füzuli, Ağdam 2.3, Laçında isə bu göstəricilər 2.1-dir. Bundan başqa Göygöl – 2.6, Yevlax -2.5 nisbəti ilə boşanmaların çox olduğu rayonlar hesab edilir.
2023-cü ildə ən az boşanma Lerikdə 0.8 və Naxçıvanın Sədərək rayonunda 0.9 nisbəti ilə müəyyən edilib. Göründüyü kimi, bu rayonlarda boşanma ölkə üzrə orta göstəricidən aşağıdır.
2022-ci ildə boşanma nisbətləri isə 2023-ə görə kəskin fərqlənir. Liderlik yenə də Naftalana məxsus olsa da nisbətlər arasında böyük fərq var, belə ki 2022-ci ildə Naftalanda hər 1000 nəfərə düşən boşanma nisbəti 2. 8-dir. Yenə də ən çox boşanmaların olduğu bölgələr sırasında Qarabağ xüsusi diqqət çəkir. Ağdam, Xocalı, Kəlbəcər, Qubadlı, Füzuli, Cəbrayıl, Qubadlıda boşanma nisbətləri digər rayonlara görə çox olsa da burada da boşanma nisbəti 2023-cü ildən fərqli olaraq ortalama 2.2 nisbətindədir. Maraqlı məqam isə 2023-cü ilin statistikasında ən çox boşanma olan rayon kimi qeyd edilən Şuşa 2022-ci ildə ən az boşanma olan rayonların siyahısındadır, sözügedən rayonda həmin il hər min nəfərə düşən boşanma nisbət 1.7-dir.
2022-ci ildə də boşanmaların ən az olduğu rayonlar cənub zonası, əsasən də Yardımlı və Lerik olub. Yardımlıda 2022-ci ildə boşanmas nisbəti əhalinin hər 1000 nəfərinə düşən nisbəti 0.6, Lerikdə isə bu göstərici 0.9-dur. Eyni zamanda 2022-ci ildə ən az boşanma Qobustanda 0.9 nisbəti ilə müəyyən edilib.
Qeyd edək ki, boşanma nisbəti əhalinin hər 1000 nəfərinə hesablanır. Göstərilən dövr ərzində boşanma saylarının həmin dövr ərzində əhalinin orta illik sayına nisbətidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin