Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı

12:26 - 22 Fevral 2025

Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəhruz Əli oğlu Əsgərov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bəxtiyar Məmmədovun digər Sərəncama əsasən, Ramin Abasət oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi vəzifəsindən azad edilib.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin