Futbol tarixinin ən bahalı transferi reallaşa bilər

11:07 - 22 Fevral 2025

Futbol tarixinin ən bahalı transferi reallaşa bilər

"Real Madrid"in vingeri Vinisius Juniorun iş yerini dəyişə biləcəyi ilə bağlı informasiyalar səngimir.

 

Manset.az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə son məlumatı "Defensa Central" yayıb.

Xəbərə görə, Səudiyyə Ərəbistanı rəhbərliyi sözügedən futbolçunun yerli Pro Liqada top qovmasını olduqca vacib sayır. Mənbə ərəblərin 24 yaşlı ön xətt oyunçusuna 1 milyard avro maaş qarşılığında 5 illik müqavilə, "Real"a isə futbol tarixinin ən yüksək transfer məbləğini - 350 milyon avro təklif etməyə hazır olduqlarını vurğulayıb.

Xatırladaq ki, 2018-ci ildən "Real”da çıxış edən Vinisiusun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. "Sambaçı"nın anlaşmasındakı sərbəstqalma məbləği 1 milyard avrodur. O, 2024/2025 mövsümündə Madrid nəhənginin forması ilə bütün turnirlərdə 32 matça çıxaraq 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin