84 yaşlı atasına balta ilə xəsarət yetirdi - Samuxda dəhşət

10:49 - 22 Fevral 2025

84 yaşlı atasına balta ilə xəsarət yetirdi - Samuxda dəhşət

Samuxda oğul atasına balta ilə xəsarət yetirib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin