Tiflisdə etirazçılara hücum - Saxlanılanlar var

00:20 - 22 Fevral 2025

Tiflisdə etirazçılara hücum - Saxlanılanlar var

Tiflisdə etiraz aksiyası zamanı insident baş verib

 

Manset.az xəbər verir ki, Tiflisin mərkəzində baş verən insident zamanı iki nəfər saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslər ictimai asayişin pozulması və xuliqanlıqda ittiham olunurlar.

Məlumata əsasən, onlar beysbol bitaları ilə etiraz aksiyasının iştirakçılarına hücum ediblər. Hadisə Filarmoniya binası yaxınlığında baş verib və nəticədə qarşıdurma yaranıb. Hazırda insidentlə bağlı araşdırmalar aparılır. 


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin