Dudadan Zelenskiyə TÖVSİYƏ

22:45 - 21 Fevral 2025

Dudadan Zelenskiyə TÖVSİYƏ

Ukraynada davamlı sülhə nail olmaq üçün ABŞ-nin dəstəyindən başqa yol yoxdur.

 

Manset.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda bildirib.

Duda Zelenskiyə Ukraynada sülhə nail olmaq üçün ABŞ Prezidenti Donald Trampla sakit və konstruktiv əməkdaşlıq etməyi tövsiyə edib.

“Zelenski ilə telefon danışığı apardım. Ona Trampla sakit dialoqu və konstruktiv əməkdaşlığı davam etdirməyi tövsiyə etdim. ABŞ-nin dəstəyi qan tökülməsini dayandırmağın və Ukraynada sülhə nail olmağın yeganə yoludur”, - Duda vurğulayıb.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin