Bu universitetdə dərslər ONLAYN keçiriləcək

14:25 - 21 Fevral 2025

Bu universitetdə dərslər ONLAYN keçiriləcək

Sosial şəbəkələrdə ADA Universitetində dərslərin dayandırılması ilə bağlı iddialar yayılıb.

 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.

Universitetdən bildirilib ki, ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə əlaqədar əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.

Qeyd edilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin