Ordumuzun kəşfiyyatçı zabiti vəfat etdi

14:08 - 21 Fevral 2025

Ordumuzun kəşfiyyatçı zabiti vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib.

 

Manset.az Teleqraf-a istinadla xəbər verir ki, 48 yaşlı zabit axşam yatıb və yuxudan ayılmayıb.

Qeyd edək ki, Bağırov Azad Mahal oğlu 1976-cı il avqustun 16-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.

1998-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Uzun illər ön xəttdə kəşfiyyat bölmələrində xidmət edib. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 30 dekabr tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. O, bu mükafata Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə layiq görülüb.

A.Bağırov Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən ehtiyata buraxılmışdı.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin