Azərbaycanda bu şəxslər mükafatlandırılacaq

13:21 - 21 Fevral 2025

Azərbaycanda bu şəxslər mükafatlandırılacaq

Yaxın aylarda ilk dəfə olaraq dövlət informasiya ehtiyatları üzrə "Bug bounty" elan edəcəyik.


Manset.az Trend.az-a istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bu gün Bakıda keçirilən "Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı" tədbirində deyib.

Onun sözlərinə görə, "Bug bounty" şirkətlərin proqram təminatı, məhsulları və yaxud infrastrukturu ilə bağlı problemləri tapmaq üçün insanlara pul ödənilən bir proqramdır:

"Bug bounty " iştirakçıları ağ hakerlər və yaxud səhv ovçuları adlanır.

Bunun nəticəsində Dövlət İnformasiya Ehtiyatlarında tapılan boşluqlara görə mükafatlandırma həyata keçiriləcək".


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin