Qarlı havada şagirdlərin dərsə davamiyyəti necədir?

10:45 - 21 Fevral 2025

Qarlı havada şagirdlərin dərsə davamiyyəti necədir?

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir.

 

Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

"Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik", - məlumatda bildirilib.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin