Minaya düşən şəxsin sağ ayağı topuqdan amputasiya olundu - YENİLƏNİB
21 Fevral 2025
23:35 - 20 Fevral 2025
NATO ölkələri irimiqyaslı təlimlər keçirir.
Manset.az xəbər verir ki, təlimlərin məqsədi hərbi qüvvələrin alyansın şərq sərhədi boyunca intensiv şəkildə yerləşdirilməsini məşq etməkdir. Təlimlər NATO-nun ən güclü üzvü olan ABŞ ilə Avropa arasında gərginliyin artdığı vaxta təsadüf etməsi diqqət çəkir. Təlimlərdə 10 min əsgər iştirak edir. “Associated Press” xəbər agentliyinin məlumatına görə, Ukrayna ilə həmsərhəd olan Rumıniyada keçirilən təlimlər Avropanın ABŞ Prezident Donald Trampın yeni strategiyası ilə sarsıldığı vaxta təsadüf edir. Təlimlər Bolqarıstan, Rumıniya və Yunanıstanda təşkil edilir.
Qeyd edək ki, ABŞ-nin müdafiə naziri Pete Hegseth NATO müttəfiqlərindən hərbi xərclərini əhəmiyyətli dərəcədə artırmağı tələb edərək, ABŞ-nin təhlükəsizlik prioritetlərinin başqa yerdə olduğunu deyib. Bu bəyanat Vaşinqtonun Avropaya verdiyi təhlükəsizlik zəmanəti ilə bağlı müzakirələrə səbəb olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin