Ukrayna ilə bağlı bunu qadağan etmək istəyirlər

19:25 - 20 Fevral 2025

Ukrayna ilə bağlı bunu qadağan etmək istəyirlər

Bolqarıstan parlamentində hakim çoxluğun nümayəndələri Bolqarıstan hərbçilərinin Ukraynaya göndərilməsini qadağan edən bəyannamə hazırlayıblar.

 

Manset.az xəbər verir ki, bu barədə brifinqdə “Belə bir xalq var” partiyasının deputat qrupunun sədr müavini Stanislav Balabanov məlumat verib.

“Hakim çoxluq bir araya gələrək Bolqarıstan hərbçilərinin Ukraynada cəbhəyə göndərilməsinin qarşısının alınması ilə bağlı parlament bəyannaməsinin layihəsini hazırlayıb”, - deputat bildirib.

Balabanov əlavə edib ki, bəyannamə parlamentin indi qəbul edə biləcəyi yeganə mümkün sənəddir, çünki ölkə hökuməti belə icazə tələb etməyib.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin