Ağ Evdən Ukraynaya ÇAĞIRIŞ

18:30 - 20 Fevral 2025

Ağ Evdən Ukraynaya ÇAĞIRIŞ

Ağ Ev Ukraynanı tənqidləri yumşaltmağa və ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən minerallar sazişini tez bir zamanda imzalamağa çağırıb.

 

Manset.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Fox news-a müsahibəsində deyib.

“Ukraynadakı vəziyyətlə bağlı administrasiyadan çox məyusluq var. Biz Ukraynaya inanılmaz tarixi investisiyalar və iqtisadi imkanlar təqdim etmişik”, - o qeyd edib.

Trampın müşaviri Ukraynanın tənqidləri azaltmalı olduğunu bildirib: “Tənqidləri azaldın. Mineral sövdələşməni ciddi şəkildə nəzərdən keçirin və onu imzalayın. ABŞ və Ukrayna fikir ayrılıqlarını həll edə bilər".

Vals Ukraynanın ABŞ-ın işlərinə qarışmasının qəbuledilməz olduğunu da vurğulayıb.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin