Makron Vaşinqtonda Trampla danışıqlar aparacaq

15:55 - 20 Fevral 2025

Makron Vaşinqtonda Trampla danışıqlar aparacaq

Fransa prezidenti Emmanuel Makron gələn həftə ABŞ lideri Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazirin nümayəndəsi Benjamin Haddad LCL telekanalının efirində bildirib.

“Gələn həftənin əvvəlində Makron Avropanın Ukrayna ilə bağlı mövqeyini çatdırmaq və Ukraynanın gələcəyinin onun iştirakı olmadan həll edilməməli olduğunu vurğulamaq üçün Trampla görüşə gedəcək”, - deyə Həddad bildirib.

Fransalı nazir iddia edib ki, Avropa da təhlükəsizlik zəmanəti verə bilər.

Fevralın 19-da Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Fox News-a bildirib ki, ABŞ Makron və Böyük Britaniyanın baş naziri Key Starmerin Ukraynadakı münaqişənin həlli məsələlərini müzakirə etmək üçün Vaşinqtona səfərini gözləyir.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin