Faktiki hava AÇIQLANDI
21 Fevral 2025
13:47 - 20 Fevral 2025
Sabah İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında Çemponlar Liqasının (ÇL) püşkü atılacaq.
Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, ilk dəfədir yeni formatda keçirilən yarışın püşkatması zamanı 1/8 final mərhələsində qarşılaşacaq cütlüklər müəyyənləşəcək. Eyni zamanda 1/4 və yarımfinal mərhələləri üçün potensial cütlüklər bilinəcək.
Mərasimdən öncə ÇL-də yarışan 16 komanda "səpələnmişlər" və "səpələnməmişlər"ə ayrılıb.
"Səpələnmişlər" (əsas mərhələdə 1-8-ci yeri tutanlar):
"Arsenal", "Aston Villa", "Atletiko", "Bayer", "Barselona", "İnter", "Liverpul", "Lill"
"Səpələnməmişlər" (1/16 finalı adlayanlar):
"Bavariya", "Benfika", "Borissiya" D., "Brügge", PSV, PSJ, "Real", "Feyenoord"
Artıq 1/8 final mərhələsində hər komandanın 2 potensial rəqibi məlum olub.
1/8 finalın potensial cütlükləri
ARSENAL - potensial rəqiblər "Feyenoord" və ya PSV
ASTON VİLLA - potensial rəqiblər "Brügge" və "Borussiya" D.
ATLETİKO - potensial rəqiblər "Bavariya" və "Real"
BARSELONA - potensial rəqiblər "Benfika" və ya PSJ
İNTER - potensial rəqiblər "Feyenoord" və ya PSV
BAYER - potensial rəqiblər "Bavariya və ya "Real"
LİLL - potensial rəqiblər "Brügge" və ya PSJ
LİVERPUL - potensial rəqiblər "Benftika" və ya PSJ
BAVARİYA - potensial rəqiblər "Atletiko" və ya "Bayer"
BENFİKA - potensial rəqiblər "Barselona" və ya "Liverpul"
BRÜGGGE - potensial rəqiblər "Aston Villa" və ya "Lill"
BORUSSİYA D. - potensial rəqiblər "Aston Villa" və ya "Lill"
FEYENOORD - potensial rəqiblər "Arsenal" və ya "İnter"
PSJ - potensial rəqiblər "Barselona"və ya "Liverpul"
PSV - potensial rəqiblər "Arsenal" və "İnter"
REAL MADRİD - potensial rəqiblər "Atletiko" və ya "Bayer"
Püşkatma Bakı vaxtı ilə saat 15-də başlanacaq.
1/8 final mərhələsinin oyunları 4-5 mart və 11-12 martda keçiriləcək. Çempionlar Liqasının finalı mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin