Faktiki hava AÇIQLANDI
21 Fevral 2025
15:51 - 20 Fevral 2025
Bu gün saat 15:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı və Abşeron yarımadasının bəzi ərazilərində arabir qar yağır.
Şahbuz, Şəmkir, Naftalan, Ceyrançöl, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şirvanda 16 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 4, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.
***
12:41
Fevralın 20-si saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Tovuz, Qazax, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şahdağ, Şabran, Yardımlı, Lerikdə qar yağır.
Bakıda və Abşeron yarımadasında isə arabir sulu qar müşahidə olunur.
Naxçıvan, Şahbuz, Naftalan, Oğuz, İsmayıllı, Füzuli, Xocalı, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astarada yağış yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5, Naxçıvan MR-da 4 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin