Tramp niyə Zelenskini danışıqlar prosesindən uzaqlaşdırır? - AÇIQLAMA

12:51 - 20 Fevral 2025

Tramp niyə Zelenskini danışıqlar prosesindən uzaqlaşdırır? - AÇIQLAMA

Tramp-Zelenski dueli indi diqqət mərkəzindədir. Hər iki prezident bir-birini günahlandırır. ABŞ prezidenti Donald Tramp tonu bir qədər də qaldıraraq, Ukrayna lideri Vladimir Zelenskini diktator adlandırdı.  

 

Bu sözləri Manset.az-a politoloq Əlimusa İbrahimov Ukrayna-ABŞ münasibətlərini şərh edərkən deyib. 

O bildirib ki, qısa zaman kəsiyində Amerikanın yeni seçilmiş prezidenti Ukrayna prezidentinin iki dəfə reytinqlərinin aşağı olması, seçkilərin keçirilməməsi və Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmamaqda günahlandırıb.

"Bəs nədən? Nəyə görə hakimiyyətə gəlməmişdən Zelenski ilə işləməyi qarşısına məqsəd qoyan Tramp işin yekuna yaxınlaşdığı mərhələdə Zelenskidən uzaqlaşmağa və ya Zelenskini danışıqlar prosesindən uzaqlaşdırmağa çalışır?
Əlbəttə ki, bunun səbəbini Trampın Rusiya-Ukrayna məsələsinin həll olunmasında yanaşmasından gedir. Yəni, Trampın yanaşması Zelenski və onun arxasında dayanan Avropa İttifaqının gözləntilərini doğrultmadı. Tramp indiki halda nə olursa olsun, kimin mənafeyinə olursa olsun müharibəni dayandırmağa çalışır. Ukraynanın uduzması bahasına olsa belə. Çünki, əks halda Rusiyanın Ukraynanı işğal edəcəyini düşünür. Zelenski və Aİ belə düşünmür. Ordada belə hesab edirlər ki, müharibənin indiki şərtlər daxilində saxlanılması rusiyanın məğlubiyyəti deyil, qələbəsi hesab olunacaq. Rusiyanın bu günkü qələbəsi isə onun bir neçə ildən sonra Avropa ölkələrinə hücumuna gətirib çıxara bilər.

Buna görə də, Zelenski və Avropa İttifaqı öz strategiyaları üzərində işləməyə başlayıb ki, bu da Trampın ortaya qoyduğu proseslə tamamilə fərqlənir. Zelenskinin davranışında Trampın xoşuna gəlməyən bu xüsusiyyətlərdir. Bu da Trampı daha aqressiv olmağa təhrik edir".


Seyranə Quliyeva


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin