İlham Əliyevdən mühüm SƏRƏNCAM

11:50 - 20 Fevral 2025

İlham Əliyevdən mühüm SƏRƏNCAM

Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq.

 

Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının Azərbaycan Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görməli, Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycanın dövlət büdcəsində Azərbaycanın Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin