Məhəmməd Salah yeni rekorda imza atdı

10:00 - 20 Fevral 2025

Məhəmməd Salah yeni rekorda imza atdı

 

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

 

Manset.az xəbər verir ki, 32 yaşlı hücumçu buna "Aston Villa"ya qarşı keçirdikləri XIX turun oyununda fərqlənməklə nail olub.

Misirli forvard turnir tarixində bir mövsümdə səfər matçlarında ən çox qol vuran oyunçu adına sahib çıxıb. Səfər qarşılaşmalarında 15 dəfə rəqib qapılarına yol tapan Salah "Liverpul"un sabiq oyunçusu Luis Suaresin (14 qol) 2013/2014 mövsümünə təsadüf edən uğurunu geridə qoyub.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 29 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin