Lavrov Afrikaya səfər etdi

09:48 - 20 Fevral 2025

Lavrov Afrikaya səfər etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Yohannesburqa gedib.

 

Manset.az-ın əldə etdiyi xəbərə görə, Xarici İşlər Nazirlərinin görüşləri fevralın 20-21-də baş tutacaq.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Sergey Lavrov Yohannesburqdakı çıxışlarında hələ də müşahidə olunmaqda olan kritik münaqişə hadisələrinin əsas səbəblərini vurğulamaqla beynəlxalq vəziyyətin ətraflı təhlilini verəcək. Onun sözlərinə görə, Rusiya tərəfi həmçinin dağıdıcı hadisələrin aradan qaldırılması üçün konkret addımlar atacaq.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin