Azərbaycanda bu şəxslər mükafatlandırılacaq
21 Fevral 2025
23:00 - 19 Fevral 2025
Fevralın 20-də Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin meyitlərini İsrail tərəfinə təhvil verəcək.
Manset.az xəbər verir ki, müvafiq bəyanatı “HƏMAS”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə yayıb.
Onun sözlərinə görə, Bibas ailəsinin üzvləri və Oded Lifşitsin meyiti cümə axşamı qarşı tərəfə təhvil veriləcək: “Onların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub”.
Qeyd edək ki, Kfir Bibas 2023-cü il oktyabrın 7-də “HƏMAS” silahlıları tərəfindən əsir götürülən zaman doqquz aylıq, qardaşı Ariel isə dörd yaşında olub. Onlar anası və atası ilə birlikdə Qəzzaya aparılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin