Rusiya ABŞ ilə danışıqları barədə BRICS-ə məlumat verəcək

21:00 - 19 Fevral 2025

Rusiya ABŞ ilə danışıqları barədə BRICS-ə məlumat verəcək

Rusiya ən yaxın vaxtlarda BRICS ölkələrinə ABŞ ilə aparılan danışıqların nəticələri barədə məlumat verəcək.

 

Manset.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin pilotsuz uçuş aparatlarının istehsalı zavodunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz onların Rusiya-Ukrayna münasibətlərinin nizamlanmasında, hərbi əməliyyatların dayandırılmasında maraqlı olduqlarını bilirik. Onların təkliflərinə hörmətlə yanaşırıq və ən yaxın vaxtlarda Rusiya-ABŞ danışıqlarının nəticələri barədə məlumatlandıracağıq", - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın xarici siyasət idarələrinin rəhbərlərini, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini Rusiyanın xarici işlər naziri Sergey Lavrovla aparılan danışıqlar barədə məlumatlandırıb.

Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında təxminən 4,5 saat davam edən danışıqlar aparılıb. Rusiya tərəfini görüşdə S.Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev təmsil ediblər. ABŞ tərəfdən danışıqlarda M.Rubio, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak ediblər.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin