“FlyOne Armenia” bu ölkədə qadağan edildi

20:40 - 19 Fevral 2025

“FlyOne Armenia” bu ölkədə qadağan edildi

Ermənistanın “FlyOne Armenia” aviaşirkəti Moldovada fəaliyyəti qadağan edilmiş daşıyıcıların siyahısına daxil edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İnfrastruktur və Regional İnkişaf Nazirliyinin müvafiq əmri bu gün qüvvəyə minib.

Qeyd edək ki, qadağa Avropa Komissiyasının reqlamentinin qəbul olunması nəticəsində tətbiq edilib. Reqlament çərçivəsində təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə fəaliyyəti məhdudlaşdırılan 130-dan çox aviaşirkətin siyahısı tərtib edilib.

Moldovadakı layihənin məqsədi milli qanunvericiliyi Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır.

Həftədə dörd dəfə İrəvan-Kişineu marşrutu üzrə müntəzəm reyslər həyata keçirən “FlyOne Armenia” artıq bu istiqamətdə uçuşları davam etdirə bilməyəcək.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin