Azərbaycanda bu şəxslər mükafatlandırılacaq
21 Fevral 2025
20:20 - 19 Fevral 2025
2024-cü ildə Böyük Britaniyada müsəlmanlara qarşı (islamofobiya) nifrət cinayətləri pik həddə çatıb.
Manset.az xəbər verir ki, bu haqda ölkənin müsəlmanlara qarşı nifrət cinayətlərini araşdıran təşkilat “Tell MAMA” hesabat dərc edib.
Hesabata görə, 2024-cü il müsəlmanlara qarşı nifrət cinayətlərinin rekord ili olub və “X” sosial platforması həmin əməllərin əsas mərkəzi kimi qeydə alınıb.
Yazıda qeyd olunub ki, 2012-2022-ci illər arasında nifrət cinayətləri ilə bağlı 20.000-dən çox, son iki ildə isə 10.719 hesabat qeydiyyata alınıb.
Təkcə keçən il cinayətlərin 5837-si təsdiqlənib və bunların 3530-u gündəlik həyatda baş verib.
Fiziki və şifahi hücuma məruz qalanlar arasında müsəlmanların sayının 1029 nəfər olduğu açıqlanıb. Onların 53 faizi hicablı, 30 faizi saqqallı, 3 faizi isə niqablı olub.
Yekun olaraq Böyük Britaniyadakı müsəlmanlar 62% ilə 2024-cü ildə ən çox şifahi və fiziki zorakılığa məruz qalıblar.
Hücumların 45 faizi ictimai yerlərdə, 10 faizi təhsil müəssisələrində, 8 faizi isə iş yerlərində baş verib.
“Tell MAMA” bildirib ki, müsəlmanlara qarşı onlayn cinayətlərin 991-i “X”də, 317-si “TikTok”da və 201-i “Facebook”da baş verib.
Hesabatda internetdə törədilən nifrət cinayətlərinə qarşı daha təsirli mexanizmlərin işlənib hazırlanması tövsiyə edilib və həssas qrupları qorumaq üçün daha çox resurs və təlimlərə ehtiyac olduğuna diqqət çəkilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin