Azərbaycanda bu şəxslər mükafatlandırılacaq
21 Fevral 2025
19:53 - 19 Fevral 2025
“Qalatasaray” futbol üzrə Türkiyə çempionatının 24-cü turunda öz meydanında “Fənərbaxça” ilə keçirəcəyi oyuna əcnəbi baş hakimin təyin olunmasına etiraz edib.
Manset.az xəbər verir ki, “Qalatasaray” klubu bu gün yaydığı açıqlamada derbiyə əcnəbi hakimin təyin olunmasından Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamasından sonra xəbər tutduqlarını bildirib.
Açıqlamada deyilir ki, Türkiyə Futbol Federasiyası indiyə qədər yol verdiyi haqsızlıqları davam etdirir.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının Prezidenti İbrahim Hacıosmanoğlu “Qalatasaray” – “Fənərbaxça” derbisini tanınmış əcnəbi hakimin idarə edəcəyini bu gün açıqlayıb.
Qarşılamanı yerli, yaxud əcnəbi hakimin idarə edəcəyi uzun müddətdir, müzakirə olunurdu. İbrahim Hacıosmanoğlu bildirmişdi ki, oyuna əcnəbi hakimin təyin olunub-olunmayacağına hər iki klubun razılığından sonra qərar veriləcək.
Derbi fevralın 24-də keçiriləcək.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı fevralın 24-də baş tutacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin