Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olundu

19:05 - 19 Fevral 2025

Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olundu

Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olunub.

 

Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 19-da Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Tamaş Yojef Torma ilə görüşüb.
Səfiri salamlayan nazir Azərbaycan ilə Macarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, Prezident İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orbanın qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri iki ölkə əlaqələrinin, o cümlədən mədəni əməkdaşlığın da inkişafında müstəsna əhəmiyyət kəsb edir. 
Nazir Azərbaycan-Macarıstan mədəni əlaqələrinin geniş perspektivə malik olduğunu bildirib, bu sahədə yeni addımların atılmasının faydalı olacağını diqqətə çatdırıb. 
Səfir Tamaş Yojef Torma ölkəsinin Azərbaycanla mədəni əlaqələrə xüsusi önəm verdiyini qeyd edib. Bildirilib ki, Macarıstan kinematoqrafiya sahəsində zəngin ənənələrə malikdir və hazırda müasir film studiyaları fəaliyyət göstərir. Diplomat kitabxana sahəsində də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, ötən ilin oktyabr ayında Azərbaycan Milli Kitabxanasında “Macarıstan ədəbiyyatı guşəsi”nin yaradılmasından məmnunluğunu dilə gətirib. 
Adil Kərimli iki ölkənin ali təhsil ocaqlarında Azərbaycan və macar dillərinin qarşılıqlı tədrisi ilə bağlı təklifini səsləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin