Səfir Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi

18:07 - 19 Fevral 2025

Səfir Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi

Sloveniyanın Maribor şəhərində yerləşən "Dobrava" memorial-park kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Azərbaycan parlamentinin üzvləri, ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Hikmət Məmmədov və Sevinc Fətəliyeva ilə birlikdə Maribordakı "Dobrava" memorial-park kompleksində 1992-ci ildə erməni hərbçiləri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilmiş cinayət - Xocalı qətliamı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyduq", - paylaşımda qeyd edilib.

Səfir anım mərasiminə qoşulan Sloveniya Milli Assambleyasındakı Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvlərinə, hökumət nümayəndələrinə, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinə, Sloveniya müharibə veteranları assosiasiyasına və Sloveniya İslam İcmasının Müftiliyinə təşəkkürünü bildirib.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin