Qadın satıcının səhvinə görə 2 milyon dollar uddu

17:50 - 19 Fevral 2025

Qadın satıcının səhvinə görə 2 milyon dollar uddu

ABŞ-da bir qadın satıcının səhvi sayəsində 2 milyon dollar qazanıb.

 

Manset.az Lent.az-a istinadla xəbər verir ki, Virciniya sakini Kelli Lindsey satıcının səhvi sayəsində 2 milyon dollarlıq lotereya uduşu qazanıb. 

Qadına kassada istədiyi bilet əvəzinə ayrısı təklif olunub. Onun istədiyi bilet isə səhvən başqa müştəriyə satılıb. Bu da onu narazı salıb. Ancaq qoruyucu təbəqəni siləndə və baş mükafatı qazandığını biləndə onun əsəbi tez bir zamanda sevincə çevrilib.Uduşlarını illik ödəniş kimi almaq əvəzinə, Lindsey birdəfəlik pul götürməyi seçib. Vergilərdən sonra o, 1,25 milyon dollar alacaq.

Kelli uduşları həyatını yaxşılaşdırmaq və ömürlük arzularını gerçəkləşdirmək üçün istifadə etməyi planlaşdırdığını söyləyib. Bundan əlavə, pulun bir hissəsini bank hesabına köçürəcək.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin