Avtobusda yatdığı güman edilən kişi ölü tapıldı

14:18 - 19 Fevral 2025

Avtobusda yatdığı güman edilən kişi ölü tapıldı

Kayseridən Bursaya gedən sərnişin avtobusunda yuxuya getdiyi güman edilən yaşlı kişinin həyatını itirdiyi müəyyən edilib.

 

Manset.az-ın xəbərinə görə, Ənvər Ekiz (81) Kayseridə yaşayan qızı və kürəkənini ziyarət etdikdən sonra  qızı ilə Bursaya qayıtmaq üçün şəhərlərarası avtobusa minib.

Bursa Şəhərlərarası Avtovağzalına çatdıqda qızı atasını oyada bilməyib. Hadisə yerinə gələn təcili yardım qrupu həmin şəxsin öldüyünü bildirib.

Səfərdən əvvəl yuxu dərmanı qəbul etdiyi iddia edilən Ekizin cəsədi Bursa Ədliyyə Tibb Təşkilatı meyitxanasına göndərilib.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin