Bakı qarlı havaya hazırlaşır

10:57 - 19 Fevral 2025

Bakı qarlı havaya hazırlaşır

Gözlənilən qarlı havalarla bağlı BŞİH tərəfindən Rayon İcra Hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.


Bu barədə Manset.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər:

"Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq. 

Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları cəlb ediləcəkdir".


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin