Moldova Milli Kino Mərkəzi ilə memorandum imzalandı

10:45 - 19 Fevral 2025

Moldova Milli Kino Mərkəzi ilə memorandum imzalandı

Xəbər verdiyimiz kimi, ölkəmiz 13-23 fevral tarixlərində keçirilən 75-ci Berlin Beynəlxalq Film Festivalında (Berlinale) təmsil olunur. 


Manset.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində milli kinematoqrafiyamızın dünyada daha geniş tanıdılması və bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə işgüzar görüşlər keçirir, müzakirələr aparılır.
Berlində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb. Memorandumun məqsədi audiovizual fəaliyyət sahəsində daha intensiv əməkdaşlıq və film mədəniyyətinin, auditoriya inkişafının və iki ölkənin birgə film istehsalının təşviq edilməsidir. 

Sənədi ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu və Moldova Milli Kino Mərkəzinin icraçı direktoru Valentina İusuphodjaev imzalayıblar. Memorandumda bu sənədin müddəalarından irəli gələn əməkdaşlıq fəaliyyətinin icrasını təmin etmək məqsədilə tərəflər arasında müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur. 

Qeyd edək ki, milli kino sənətimizi beynəlxalq aləmə tanıtmaq və ölkəmizin mədəni irsini nümayiş etdirmək məqsədilə ARKA-nın 75-ci Berlinaledə xüsusi pavilyonu qurulub.



Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin