Azərbaycan Yüksək Liqasında XII tur başlayır

09:14 - 19 Fevral 2025

Azərbaycan Yüksək Liqasında XII tur başlayır

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura bu gün start veriləcək.

 

Manset.az-ın məlumatına görə, ilk olaraq iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da "Abşeron" UNEC-lə üz-üzə gələcək. İki saat sonra "Azərreyl" "Murov Az Terminal"la münasibətlərə aydınlıq gətirəcək.

Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, tura fevralın 22-də "Gəncə" - "Milli Aviasiya Akademiyası" görüşü ilə yekun vurulacaq.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin