Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
21 Fevral 2025
00:40 - 19 Fevral 2025
İsmayıllının Pirəbülqasım kəndində rəsmi qeydiyyatda olan 157 sakinin demək olar ki, hamısı buranı tərk edib.
Manset.az xəbər verir ki, Baku TV-nin kənddə apardığı çəkiliş zamanı evlərin qapılarına qıfıl vurulduğu məlum olub.
Sakinlərin kənddən getməsinin səbəbinin şəraitsizlikdən qaynaqlandığı deyilir: yollar təmirsiz, işıq dirəkləri bərbad vəziyyətdədir, qaz xətti isə yoxdur.
Bacasından tüstü çıxan evlərdən birinin sakini isə kənddəkilərin çoxunun Bakıya getdiyini bildirib.
"İndi kənddə heç kim yoxdur. Yayda gələcəklər", - deyə o söyləyib.
Daha ətraflı videomaterialda:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin