Çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərləndi

21:25 - 18 Fevral 2025

Çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərləndi

Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Gədəbəy şəhər ərazisində yerləşən çörəkbişirmə sexində çalışan 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin