"Barselona"nın futbolçusu Bundesliqada çıxış edə bilər

21:25 - 18 Fevral 2025

İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati Almaniya Bundesliqasında çıxış edə bilər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı hücumçu "Borussiya"dan (Dortmund) aldığı transfer təklifinə müsbət yanaşıb.

Kataloniyalıların heyətində yetərincə meydana çıxmaq şansı qazanmayan futbolçu Dortmund klubunda işlərinin qaydasında gedəcəyini düşünür.

Keçidin yay "transfer pəncərəsi"ndə baş tutması gözlənilir. "Barselona" rəhbərliyi Ansu Fatinin komandadan ayrılmasının əlehinə deyil.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin