Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
21 Fevral 2025
16:45 - 18 Fevral 2025
ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva və Vaşinqton arasında qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq haqqında razılığa gəliblər.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” agentliyi Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqların nəticələrini şərh edən ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən bildirib.
Agentliyin məlumatına görə, iki ölkənin xarici işlər nazirləri həm geosiyasi ölçüdə, həm də iqtisadi və investisiya məsələlərində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Fevralın 18-də Rusiya və ABŞ Səudiyyə Ərəbistanının paytaxtında rəsmi danışıqlar aparıb. Rusiya tərəfini Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər. ABŞ komandasına dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz və xüsusi elçi Stiv Vitkoff daxil idi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin