Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
21 Fevral 2025
16:32 - 18 Fevral 2025
Azərbaycan televiziya məkanında özünəməxsus yeri olan Baku TV fevralın 18-də yeddi yaşını qeyd edir.
Manset.az xəbər verir ki, hər zaman Azərbaycan vətəndaşlarının marağını nəzərə alan Baku TV ölkədə və dünyada baş verən siyasi, sosial və iqtisadi hadisələri operativ, obyektiv və peşəkar şəkildə öz izləyicilərinə çatdırır.
Bu gün kanal canlı yayımlar, xəbər süjetləri, müsahibələr, araşdırmalar, eləcə də analitik təhlillər və müəllif proqramları ilə ölkənin ən çox izlənilən kanalları siyahısındadır. Hazırda televiziyanın gündəlik, həftəlik və aylıq yayımlanan müxtəlif janrlarda 20-dən çox verilişi var.
Həm yerli, həm də beynəlxalq miqyasda izləyicilərinə faktlara əsaslanan, şəffaf və balanslı xəbərlər təqdim edən Baku TV-ni bütün yerli provayderlər, eləcə də "Azərspace" peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür.
Kanalın direktoru Ramin Cəfərov qeyd edib ki, kanal ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərləri beş dildə - Azərbaycan, rus, ingilis, fransız və erməni dillərində cəmiyyətə çatdırır.
Ətraflı videosüjeti təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin